Paşinyan hökumətin iclasını təxirə saldı
Ermənistan hökumətinin iyunun 13-ə planlaşdırılan ənənəvi iclası sabah keçiriləcək.
Redaktor.az xəbər verir ki, məlumatı Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.
Məlumata görə, keşiş Baqratın başçılığı altında yürüşün iyunun 13-də hökumətin binası qarşısında keçiriləcəyi nəzərdə tutulub.
Həmin ərazidə polis əməkdaşlarının sayının artacağı gözlənilir.