"Bütün ölkələrdə ağıllı insanlar hələ də Rusiya ilə əməkdaşlıq etmək istəyirlər"
Bütün ölkələrdə ağıllı insanlar hələ də Rusiya ilə bütün sahələrdə, o cümlədən elmdə əməkdaşlıq etmək istəyirlər.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Dövlət başçısı qeyd edib ki, hazırda siyasət bütün fəaliyyət sahələrinə, o cümlədən mədəniyyət və elmi əməkdaşlığa təsir göstərir.
“Ancaq ağıllı insanlar və tərəfdaşlarımız başa düşürlər ki, bu, nə mədəniyyət sahəsində, nə də elmi əməkdaşlıq sahəsində yaxşı heç nə gətirmir. Və heç kim Rusiya ilə işləmək və ya buraya gəlib bütün sahələrdə, o cümlədən elmi sahədə mütəxəssislərimizi dəvət etmək istəyini itirmir. Biz bunu sadəcə bilirik”, - deyə o bildirib.
“Və elə ölkələr var ki, bizimlə heç bir əlaqəni kəsməyib, onların da əməkdaşlığı davam etdirmək arzusu, imkanları və marağı var”, - deyə Putin vurğulayıb.
"Burada heç bir şübhə yoxdur və bu əməkdaşlıq davam edəcək. Siz haqlısınız, əlbəttə ki, bu fəaliyyət sahəsini dəstəkləmək lazımdır. Biz bunu etməyə çalışırıq”, - deyə Rusiya lideri bildirib.
Turan İSMAYIL