Zelenski Qərbi “Marşal Planı”na bənzəyən plan hazırlamağa çağırdı

 20:27 13.06.2024     212

Ukrayna Prezidenti Volodimir Zelenski “Yeddilik” (G7) ölkələrindən F-16 qırıcı-bombardmançılarının tədarükünü və onlar üçün pilotların hazırlanmasını sürətləndirməyi xahiş edib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə o, G7 sammitində çıxışı zamanı deyib.

“Mən də sizdən F-16-ya keçidimizi sürətləndirmək üçün mümkün olan hər şeyi etməyinizi xahiş edirəm, bu isə pilotların hazırlığının sürətləndirilməsi və pilotların təlim mərkəzlərinin sayının artırılması deməkdir”, - prezident bildirib.

Zelenski Ukraynaya “konkret yardımda qarşılıqlı əlaqəni” mükəmməlləşdirməyi zəruri hesab edir. Onun fikrincə, bu, Kiyevə hava hücumundan müdafiə sistemlərinin, ilk növbədə “Patriot”un, eləcə də Rusiya ərazisinə zərbə endirmək üçün uzaqmənzilli raketlərin verilməsindən ibarətdir.

Ukrayna prezidenti həmçinin Qərb ölkələrini ölkənin İkinci Dünya müharibəsindən sonra Avropa ölkələrinin bərpası üçün “Marşal Planı”na bənzəyən dəqiq bir plan hazırlamağa çağırıb. “Gəlin belə bir bərpa planını birlikdə tərtib edək və bunu "G7+"in birgə bəyannaməsi ilə də təsdiq edək”, – Zelenski təşəbbüsü bildirib. O hesab edir ki, NATO-nun iyulda Vaşinqtonda keçiriləcək sammiti üçün belə bir sənəd hazırlanmalıdır.

Turan İSMAYIL