G7 tezliklə Kiyevə yeni yardım paketi ayıracaq - Kansler

 20:43 13.06.2024     178

Yeddilik Qrupu (G7) ölkələri yaxın vaxtlarda 50 milyard dollarlıq yeni paketdən Ukraynaya vəsaitlərin köçürülməsi üçün texniki şərtlər yaradacaq və bu vəsait dondurulmuş Rusiyanın aktivlərindən əldə edilən mənfəət hesabına ödəniləcək.

Redaktor.az NTV-yə istinadıa xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz İtaliyanın cənubundakı Apuliya bölgəsində keçirilən G7 liderlərinin görüşündə jurnalistlərə bildirib.

“Böyük yeddilik ölkələrinin Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən maliyyələşəcək 50 milyard dolları səfərbər etmək niyyəti Ukraynaya yaxın gələcəkdə özünü lazım olan hər şeylə - silahlar, yenidənqurma və ya enerji infrastrukturuna sərmayələr ilə təmin etməyə imkan verəcək”, - deyən kansler əlavə edib ki, indi, yaxın gələcəkdə həyata keçirilməsi üçün texniki şərtlər yaradılmalıdır.

Turan İSMAYIL