Putin İranın vitse-prezidenti ilə müzakirələr apardı
Rusiya Prezidenti Vladimir Putin İranın vitse-prezidenti Məhəmməd Möhbər telefon danışığı aparıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, indi İran növbədənkənar prezident seçkilərinə hazırlaşır. Ölkə prezidenti İbrahim Rəisi may ayında helikopter qəzasında həlak olub. Onun səlahiyyətlərini seçkilərin nəticələrinə qədər birinci vitse-prezident Möhbər icra edəcək. Putin ona davam edən seçki kampaniyasında uğurlar arzulayıb.
Tərəflər beynəlxalq arenada, o cümlədən Rusiyanın BRİKS-ə sədrliyi ilə bağlı qarşılıqlı fəaliyyəti müzakirə ediblər.
Putin İranda bütün müsəlmanları qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib.
Putin və Möhbər Rusiya-İran əməkdaşlığının, o cümlədən enerji və nəqliyyat layihələrinin inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.
Turan İSMAYIL