Litva Seymi sovet əsgərlərinin qəbiristanlıqlarının köçürülməsinə icazə verdi

 22:43 13.06.2024     216

Litva Seymi (parlamenti) sovet əsgərlərinin dəfn yerlərinin başqa yerlərə köçürülməsinin mümkünlüyü barədə qərar qəbul edib.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir. 

Plenar iclasda bunun lehinə 89 deputat səs verib, 5 nəfər bitərəf qalıb, əleyhinə isə səs verilməyib.

Parlamentin qəbul etdiyi sənəddə deyilir: “Bu cür dəfnlər totalitar, avtoritar rejimləri və onların ideologiyasını təbliğ edən kimi tanınsa, onlara mühafizə tətbiq edilməyəcək”.

Belə obyektlərin totalitar simvol olub-olmaması hər bir konkret halda Litva Sakinlərinin Soyqırımı və Müqavimətinin Öyrənilməsi Mərkəzində idarələrarası komissiya tərəfindən həll ediləcək.

Turan İSMAYIL