Baqrat etirazçıları küçələrə toplaşmağa çağırdı
“Bu günləri qələbə ilə başa vurduq. Sözün hərfi mənasında Paşinyan artıq dayandırılıb".
Redaktor.az "tert.am"a istinadla xəbər verir ki, bunu keşiş Baqrat Qalstanyan İrəvanda aksiyada deyib.
O bildirib ki, hərəkatı yenidən təşkil etmək, daha əhatəli etmək, hərəkatı yekun qələbəyə çatdırmaq lazımdır.
"Cümə, şənbə və bazar günləri müxtəlif siyasi qüvvələrlə görüşlər keçiriləcək”, - Baqrat deyib.
“İyunun 17-də, saat 18:30-da Milli Assambleyanın növbədənkənar sessiyası təyin olunub, o vaxt biz burada toplaşırıq. Bu hərəkat daha əhatəli, daha əhatəli, daha sivil, daha qüdrətli, məzlum, böyüyən və son nəticədə qələbəyə can atmalıdır”, - keşiş bildirib.
Qeyd edək ki, bir neçə gündür İrəvanda Baş nazir Nikol Paşinyanın hökumətinə qarşı etiraz aksiyaları keçirilir. İyunun 17-də parlamentdə Paşinyanın impiçmenti məsələsinə baxılacaq.
Turan İSMAYIL