ABŞ "Patriot" sistemlərini Ukraynaya ötürmək üçün öhdəlik götürdü

 23:20 13.06.2024     191

Vaşinqton administrasiyası beş dövlətdən Ukraynaya “Patriot” zenit-raket kompleksləri və digər sistemləri təhvil verməklə hava hücumundan müdafiəsini gücləndirmək barədə öhdəlik götürüb.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirib.

"İndi biz beş ölkədən "Patriot" batareyaları və digər hava hücumundan müdafiə sistemləri ilə bağlı öhdəliklər almışıq. Bundan əlavə, gələcəkdə Amerikanın hava hücumundan müdafiə sistemlərini tədarük etməyimizi gözləyən digər ölkələr bilsinlər ki, onlar gözləməli olacaqlar. Ehtiyacları ödənilənə qədər Ukraynaya, sonra isə digər ölkələr qarşısında öhdəliklərimizi yerinə yetirəcəyik”, -deyə o, ikitərəfli görüşün yekunlarına görə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında danışıb. Bu danışıqlar İtaliyanın cənubundakı Apuliya bölgəsində “Yeddilik Qrupu”nun sammiti çərçivəsində baş tutub.

Xatırladaq ki, bu gün ABŞ və Ukrayna arasında 10 il müddətinə təhlükəsizlik sazişi imzalanıb.

Turan İSMAYIL