"Fransa İsrailə qarşı düşmənçilik siyasəti yeridir" - Müdafiə naziri

 15:33 14.06.2024     166

İsrailin müdafiə naziri Yoav Qalant Fransanın Livan-İsrail sərhədində gərginliyin azaldılması üzrə danışıqlar üçün ABŞ-nin iştirakı ilə üçtərəfli format ideyasını rədd edib.

Redaktor.az xəbər verir ki, o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Biz xalqımızın müdafiəsi üçün ədalətli müharibə apararkən, Fransa İsrailə qarşı düşmənçilik siyasəti yeridir. Lakin Fransa HƏMAS-ın israilli uşaqlara, qadınlara və kişilərə qarşı törətdiyi vəhşiliklərə məhəl qoymur. İsrail Fransanın təklif etdiyi üçtərəfli formatda iştirak etməyəcək”, nazir bildirib.

İyunun 13-də Fransa prezidenti Emmanuel Makron G7 sammitində bildirib ki, Paris və Vaşinqton Livan-İsrail sərhədində deeskalasiya planını həyata keçirmək üçün öz ölkələrinin və İsrailin iştirakı ilə üçtərəfli formatın yaradılması imkanları barədə razılığa gəliblər. Onun sözlərinə görə, Fransa Livan hakimiyyəti ilə bu formatda danışıqları müzakirə etmək niyyətindədir.

2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və əsirlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail Qəzzanı tam blokada elan edib və Livan və Suriyanın zolağına və müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb, bundan sonra anklavda quru əməliyyatına başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.

Son həftələrdə İsrailin şimal sərhədlərində atəşin intensivliyi əhəmiyyətli dərəcədə artıb, şiə təşkilatı Hizbullahın silahlı birləşmələri hər gün İsrail ərazisinə onlarla raket zərbəsi endirir. Buna cavab olaraq İsrail mütəmadi olaraq Livanın cənubundakı Hizbullah infrastrukturuna hücum edir.

Turan İSMAYIL