Rusiyada polisə miqrantları məhkəməsiz ölkədən çıxarmaq səlahiyyəti verildi

 15:37 14.06.2024     214

Rusiya Federasiyasında polisə miqrantları müstəqil şəkildə ölkədən çıxarmaq səlahiyyəti verilib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, müvafiq qanun layihəsi Dövlət Duması tərəfindən təsdiqlənib.

Qanun layihəsinin müəllifləri qeyd ediblər ki, bu, prosedurun dəyərini əhəmiyyətli dərəcədə azaldacaq, çünki qeyri-qanuni miqrantları artıq məhkəməyə aparılmayacaq. Eyni zamanda bu, miqrantın ölkədən çıxarılma prosesini sürətləndirəcək.