Qəzzada öldürülən ərəblərin son sayı AÇIQLANDI

 17:47 14.06.2024     182

2023-cü ilin oktyabrından bu anklavda hərbi əməliyyatlar aparan İsrail ordusu Qəzzada gün ərzində ən azı 34 fələstinlini öldürüb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu məlumatı sektorun Səhiyyə Nazirliyi təqdim edib.

Nazirliyin məlumatına görə, İsrail qüvvələrinin sektorun müxtəlif bölgələrinə hava hücumları və top atəşləri zamanı təkcə son 24 saat ərzində 71 nəfər yaralanıb.

Ümumilikdə, Fələstin anklavında hərbi əməliyyatlar başlayandan bəri İsrail ordusunun öldürdüyü fələstinlilərin sayı 37 266 nəfərə çatıb, 85 102 ərəb yaralanıb.

Turan İSMAYIL