Türkiyədə meşə yanğınını söndürmək üçün göldən su götürən təyyarə batdı

 20:11 14.06.2024     188

Türkiyənin Aydın vilayətinin Didim rayonunda meşə yanğınına müdaxilə edən təyyarənin burnu Bafa gölündən su götürərkən suya batıb.

Redaktor.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Muğla valisi Akbıyık "TRT Haber"ə açıqlamasında bildirib ki, təyyarədə olan 3 nəfər xilasetmə qrupları tərəfindən xilas edilib.

“Texniki nasazlıq səbəbindən amfibiya yanğınsöndürmə təyyarəsi Bafa gölünə düşdü. İki pilot və daha bir mütəxəssis xilas edilərək sahilə çıxarılıb”, - o bildirib.