NATO Baş katibi iyunda ABŞ və Kanadaya səfər edəcək

 20:37 14.06.2024     163

NATO-nun Baş katibi Yens Stoltenberq iyunun 17-20-də ABŞ və Kanadaya səfər edəcək.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının mətbuat xidmətinin məlumatında deyilir.

İyunun 17-də o, Vaşinqtonda ABŞ Prezidenti Co Baydenlə görüşəcək.

Stoltenberq dövlət katibi Antoni Blinkenlə də görüşəcək, ABŞ Senatında və bir sıra analitik mərkəzlərdə çıxışlar edəcək.

Kanadada isə Baş nazir Castin Trüdo ilə danışıqlar gözlənilir.