Aİ səfirləri Rusiyaya qarşı 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gələ bilmədi
Avropa İttifaqının 27 ölkəsinin daimi nümayəndələri Almaniyanın mövqeyinə görə Rusiyaya qarşı 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər.
Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” Avropa mənbələrinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Berlin anti-Rusiya sanksiyalarını pozduqlarına görə Avropa şirkətlərinin məsuliyyətə cəlb olunması ilə bağlı aydınlıq istəyir.
Turan İSMAYIL