Türkiyə ordusu bu iki ölkədə əməliyyat apardı

 15:19 15.06.2024     170

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib.

Redaktor.az bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin iyunun 15-də yaydığı məlumata istinadla xəbər verir.

Məlumatda qeyd olunub ki, Hakurk rayonunda, həmçinin İraqda davam edən “Pence Kilit” antiterror əməliyyatı zamanı 8 terrorçu zərərsizləşdirilib.

Qalan 9 terrorçu isə Suriyanın şimalında – “Fırat kalkanı” antiterror əməliyyatı çərçivəsində məhv edilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında vurğulanıb ki, regionda terrorçularla mübarizə qətiyyətlə davam etdirilir.