Ermənistanda meyiti tapılan hərbçi qətlə yetirilibmiş
Aprelin 14-də Ermənistan ordusunun aldığı güllə yarasından öldüyü açıqlanan hərbçisi Armen Qasparyanın qətlə yetirildiyi məlum olub.
Redaktor.az “Sputnik-Armenia”ya istinadla xəbər verir ki, bu barədə açıqlamanı ölkənin İstintaq Komitəsi yayıb.
Bildirilib ki, faktla bağlı cinayət işi qaldırılıb, müvafiq ekspertizalar təyin olunub.