ABŞ Somaliyə zərbələr endirdi, üç silahlı zərərsizləşdirildi

 19:49 15.06.2024     196

ABŞ mayın 31-də Somaliyə hava zərbəsi endirib.

Redaktor.az xəbər verir ki, bu barədə NBC televiziya şirkəti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqtonun hədəfi qruplaşmanın yerli qolunun lideri Əbdülkadir Mumin olub.

Bosaso şəhərindən 81 km aralıda silahlıların olduğu obyektlərə hava zərbəsi endirilib, təşkilatın üç üzvü zərərsizləşdirilib.

Lakin ABŞ hələ Muminin ölümünü təsdiqləməyib.