Ukrayna hökuməti Rusiya Federasiyası ilə birbaşa danışıqların olmayacağını açıqladı

 22:33 15.06.2024     187

Ukrayna Preziedent Adminstrasiyası Rusiya Federasiyası ilə birbaşa danışıqların olmayacağını bildirərək Sülh Sammitinin əsas vəzifəsini açıqlayıb.

Redaktor.az Unian“a istinadən xəbər verir ki, Ukrayna Prezident Adminstrasiyası rəhbərinin müavini İqor Jovkva jurnalistlərlə açıqlaması zamanı İsveçrə Sammiti ilə bağlı bəzi suallara aydınlıq gətirib. 

Rusiyanın bu gün bu müharibəni davam etdirmək istəyən yeganə ölkə olaraq qaldığını vurğulayan Jovkva sammitin formatının Rusiya Federasiyası ilə birbaşa danışıqları nəzərdə tutmadığını deyib. 

“Bu zirvə sülh prosesini başlatmaq üçündür. Bu sammitdə biz sülhün bərqərar olması üçün mahiyyətcə danışmağa və hərəkətə keçməyə hazır olan ölkələri toplamışıq.” – deyə o bildirib.