İsveçrə prezidenti Rusiyasız sülh prosesinin ağlasığmaz olduğunu bildirdi

 23:28 15.06.2024     201

Bu gün Qlobal Sülh Sammitinin iclasının açılış çıxışını edən İsveçrə prezidenti Viola Amherd Rusiyasız sülh prosesinin ağlasığmaz olduğunu deyib. 

Redaktor.az “Unian“a istinadən xəbər verir ki, Amherd məsələnin uzunmüddətli həllinin hər iki tərəfi əhatə etməli olduğunu deyib.

“Beynəlxalq birlik olaraq, biz bu yola rəhbərlik etməyə kömək edə bilərik. İşçi qruplarımız da nüvə təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və müharibənin insan ölçüsünü müzakirə edəcək” - deyə Amherd bildirib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezident Aparatının rəhbərinin müavini Sülh Sammitinin formatının Rusiya Federasiyası ilə birbaşa danışıqları nəzərdə tutmadığını açıqlamışdı.