Məkkədə Həcc ziyarəti zamanı 6 zəvvar istidən ölüb

 17:19 16.06.2024     237

Məkkədə Həcc ziyarəti zamanı 6 zəvvar istidən ölüb.

Redaktor.az-ın məlumatına görə, bu barədə İordaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölənlərin hamısı İordaniya vətəndaşıdır, hazırda nazirlik onların nəşilərinin vətənlərinə qaytarılması üçün Səudiyyə Ərəbistanının səlahiyyətli orqanları ilə danışıqlar aparılır.

Səudiyyə Ərəbistanı Baş Statistika İdarəsinin məlumatına görə, bu il həcc ziyarətində 1,8 milyondan çox insan iştirak edəcək.

Səudiyyə rəsmiləri daha əvvəl xəbərdarlıq ediblər ki, builki rituallar zamanı temperatur 48 dərəcə istiyə çata bilər.