ABŞ və Ermənistan arasında təhlükəsizlik müzakirələri

 19:54 16.06.2024     188

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İsveçrədə keçirilən Ukrayna üzrə Sülh Sammiti çərçivəsində ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı, həmçinin ABŞ-nin Ermənistanın müdafiə sənayesinə dəstəyi məsələlərini müzakirə ediblər.