Paşinyanın istefası parlamentdə müzakirəyə çıxarılacaq

 13:46 17.06.2024     275

"Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyası bu gün keçiriləcək parlamentin növbədənkənar iclasında iştirak etməyəcək".

Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu açıqlama ilə Ermənistanın hakim partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan çıxış edib.

A.Ovannisyan əlavə edib ki, iclas qanunun tələbi ilə çağırılacaq, lakin yetərsay olmadığına görə baş tutmayacaq.

Məlumat üçün əlavə edək ki, növbədənkənar iclasda baş nazir Nikol Paşinyanın istefası müzakirəyə çıxarılacaq.