Çin nüvə müharibəsinə hazırlaşır?

 14:38 17.06.2024     162

Çin nüvə başlıqlarının sayını artırır. 2030-cu ilə qədər göstəriciləri ABŞ və Rusiya ilə bərabər ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə “The Hill” Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına istinadən məlumat yayıb.

“İnstitutun hesablamalarına görə, 2030-cu ilə qədər Çinin aktiv qitələrarası nüvə raketləri arsenalı ABŞ və Rusiyanın göstəricilərinə çata bilər”, - məlumat verilib.

Qeyd edilib ki, 2023-cü ildə Çinin hazır vəziyyətdə olan nüvə silahı ehtiyatı 410-dan 500-ə yaxın artıb.