Məşhur teleaparıcı xarici agent kimi axtarışa verildi

 18:17 17.06.2024     176

Rusiyada teleaparıcı Tatyana Lazarevaya qarşı terrora haqq qazandırdığı üçün cinayət işi açılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Andrey Alşevskix bildirib.

 

O, bu barədə Daxili İşlər Nazirliyindən məlumat aldığını söyləyib

Qeyd edək ki, Lazareva Rusiya ordusunu nüfuzdan saldığına görə Ədliyyə Nazirliyi tərəfindən xarici agent elan olunub və DİN tərəfindən axtarışa verilib.