Moskvada kütləvi zəhərlənmə: 121 nəfər xəstəxanaya düşdü
Rusiyanın paytaxtı Moskvada kütləvi şəkildə botulizm infeksiyasına yoluxma hadisəsi qeydə alınıb.
Redaktor.az xəbər verir ki, yemək servisinin məhsullarından zəhərlənmə ilə bağlı 121 nəfər təcili tibbi yardıma müraciət edib.
Moskva merinin müavini Anastasiya Rakova hazırda 55 nəfərin vəziyyətinin ağır olduğunu açıqlayıb. O əlavə edib ki, infeksiyaya yoluxanlardan 30-u reanimasiyadadır.