Ermənistan parlamentində Aİ-yə üzvlüyə dair dinləmələr keçiriləcək

 18:30 17.06.2024     217

İyunun 21-də Ermənistan Parlamentində ölkənin Avropa İttifaqına üzvlüyünə dair referendum ətrafında dinləmələr keçiriləcək.

Redaktor.az xəbər verir ki, bununla əlaqədar Parlamentin Avropaya İnteqrasiya üzrə Daimi Komissiyasının növbədənkənar iclası çağrılıb.

 

Qeyd edək ki, referendum təklifi ilə “Respublika”, “Xristian-Demokrat”, “Respublika Uğrunda” və Ermənistanın Avropa Partiyası çıxış edib.