ABŞ hipersəs silahlarını bu tarixdə istifadəyə verəcək

 21:35 17.06.2024     228

Birləşmiş Ştatlar hipersəs silahlarının inteqrasiyası ilə bağlı problemlərə görə onları istifadəyə verməkdə çətinlik çəkir.

Redaktor.az “Bloomberg“ agentliyinə istinadən xəbər verir ki, bu səbəbdən səkkiz yeni hipersəs raketinin ilk partiyası 2025-ci maliyyə ilindən tez tədarük edilməyə bilər.

Qeyd olunur ki, yeni maliyyə ili oktyabrın 1-də başlayacaq, lakin hipersəs silahları hələ lazımi sınaqlardan keçməyib.

“Raket sınağı və istehsalı üzrə cari planlara əsasən, ABŞ ordusu ilk bütöv batareyasını yalnız 2025-ci maliyyə ilində əldə edə biləcək”, - agentlik Pentaqonun hesabatına istinadən qeyd edib.