Ermənistan Fransa ilə hərbi əməkdaşlığı genişləndirir

 23:51 17.06.2024     246

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfəri çərçivəsində fransalı həmkarı Sebastyan Lekornyu ilə görüş keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. 

Məlumata görə, danışıqlar zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlıq sahəsində yeni razılaşmalar əldə olunub. 

Qeyd edək ki, bu, Ermənistan və Fransa müdafiə nazirləri arasında cari il ərzində baş tutan ikinci görüşdür. Daha əvvəlki görüş fevralda İrəvanda keçirilib.