İranda 9 nəfər xəstəxanada yandı
İranın Gilan əyalətində yerləşən Kaim xəstəxanasında baş verən yanğın nəticəsində 9 nəfər həlak olub.
Redaktor.az bildirir ki, bu barədə İran KİV məlumat yayıb.
Yanğın əsnasında xəstəxanada 142 pasiyentin stasionar müalicə olduğu qeyd edilib.
Bundan başqa, yanğın zamanı xəstəxanada olan 5 körpə digər xəstəxanaya köçürülüb.