Bu ölkədə nazirin avtomobili oğurlandı
Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyinin avtomobili Parisin şimal-şərq ətrafı Sevranda oğurlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Europe 1" radiostansiyası məlumat yayıb.
Qeyd olunur ki, hadisə iyunun 16-da nazirin sürücüsünün yaşadığı Sevrandakı evin yaxınlığında baş verib.
O, oğurluq barədə polisə müraciət edib. Avtomaşın geolokasiya sistemi ilə təchiz olunmayıb.