Bu ölkə Rusiyanı vurmaq üçün Ukraynaya raketlər göndərəcək

 15:20 18.06.2024     377

İtaliya növbəti hərbi yardım paketində Ukrayna üçün uzaqmənzilli raketlər daxil edə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə "Ukrinform" İtaliya mətbuatına istinadən yazıb.

Bildirilib ki, İtaliya bu ayın sonunda elan edəcəyi yardım paketinə "Storm Shadow" raketlərini daxil edə bilər.

"Müdafiə naziri Guido Crozettonun ayın sonuna qədər parlamentə təqdim edəcəyi Ukrayna üçün doqquzuncu silah paketinə təkcə Samp-T hava hücumundan müdafiə sistemi deyil, həm də “Storm Shadow” raketlərinin bir partiyası daxil olacaq", "İl Fatto Quotidiano" nəşri vəziyyətlə tanış olan mənbələrə istinadən yazıb.

Qeyd edək ki, bu uzaqmənzilli raketlər 300 km-ə qədər məsafədə olan hədəfləri vura bilər.