İstanbulda dəhşətli yanğın: Partlayışlar eşidilir

 15:59 18.06.2024     282

İstanbulda (Türkiyə) Tuzla rayonunun Dəri Sənaye Bölgəsində yerləşən fabrikində dəhşətli yanğın başlayıb.

Redaktor.az "haberal"a istinadən xəbər verir ki, hələlik yanğının səbəbi məlum deyil, lakin alovlar qısa müddətdə böyüyərək bütün fabriki bürüyüb.

Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib. Ətraf ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb.

Yanğın zamanı fabrikdə mütəmadi olaraq partlayış səsləri eşidilib.

Hazırda yanğının nəzarətə alınması istiqamətində işlər davam etdirilir. Fabrikə dəyən ziyanın miqyası hələlik, müəyyənləşdirilməyib.

Hadisənin başvermə səbəbləri araşdırılır.