Moskvada miqrant "ovu" - 1500-dən əcnəbi Rusiyadan çıxarılacaq

 17:30 18.06.2024     275

Moskva vilayətində miqrantlara qarşı “Qeyri-leqal 2024” əməliyyatı keçirilib.

Redaktor.az xəbər verir ki, bir həftə davam edən əməliyyatın birinci mərhələsinin nəticələrinə görə, 1500-dən çox miqrant Rusiya Federasiyasından çıxarılacaq.

 

Rusiya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, “Qeyri-leqal 2024” əməliyyatının məqsədi qeyri-qanuni miqrasiyaya qarşı mübarizə, miqrasiya sahəsində inzibati xətaların və cinayətlərin müəyyən edilməsidir.