“iPhone” sayəsində ərinin xəyanətini öyrəndi - Kişi “Apple”ı məhkəməyə VERDİ
Britaniyada qadın ərinin xəyanətini “iPhone” sayəsində öyrənib.
Redaktor.az xəbər verir ki, bir iş adamının seks işçilərinə göndərdiyi silinmiş mesajları başqa cihazda tapan həyat yoldaşı ondan boşanıb. Bundan sonra işadamı “Apple”ı məhkəməyə verib.
Hekayənin əsas qəhrəmanı bildirib ki, o, son illərdə “iPhone”da “iMessage” proqramından istifadə edərək fahişələrin xidmətlərindən istifadə edib. Dialoq bitəndə kişi bütün mesajları silib. Lakin məlum olub ki, söhbətlər paralel olaraq ailənin “iMac” kompüterində saxlanılıb.
İş adamı Britaniya şirkətinə 5 milyon funt sterlinq məbləğində məhkəmə iddiası qaldırıb.
Onun sözlərinə görə, boşanma səbəbindən bu qədər pul itirib:
"Mesaj silindi deyilirsə, silinməlidir. Kompüterdə mesajın kopyasının qalması, həyat yoldaşımın münasibətdən xəbər tutmasına səbəb oldu. Onunla emosiyalar olmadan danışa bilsəm, bəlkə də, evliliyi xilas etmək olardı”.
İş adamını təmsil edən hüquq şirkəti isə bildirib ki, "Apple" istifadəçilərini aldadır:
"Bir çox hallarda "iPhone" istifadəçiyə mesajın silindiyini bildirir, lakin gördüyümüz kimi, bu, həqiqətə uyğun deyil və abunəçiləri aldadır, çünki söhbətlər ona qoşulmuş digər cihazlarda yadda saxlanılır. Nədənsə "Apple" bu barədə istifadəçilərinə xəbər vermir".