"ABŞ-nin İsrailə silah tədarükü dayanmayıb"

 21:36 18.06.2024     290

“ABŞ-nin İsrailə silah tədarükü dayanmayıb”.

Redaktor.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Onun sözlərinə görə, İsrailə yalnız güclü bombaların bir partiyasının ötürülməsi gecikdirilib.

Amerikalı diplomat deyib ki, “GBU-24” idarə olunan bombalar Rəfah kimi əhalinin sıx məskunlaşdığı bir ərazidə istifadəsi ilə bağlı narahatlıqlara görə İsrailə hələ ki, göndərilməyib:

“Amma bütün digər silahlar həmişəki kimi verilir. Yenə də, İsrailin çoxsaylı problemlər qarşısında özünü müdafiə etmək üçün lazım olan hər şeyə malik olmasını təmin edirik”.

Vumart və Güvən reklamı Vumart Güvən