Putin Şimali Koreyaya səfər etdi

 22:57 18.06.2024     233

Rusiya prezidenti Vladimir Putin Koreya Xalq Demokratik Respublikasının (KXDR) Prezidenti Kim Çen Inın dəvəti ilə Pxenyana səfər edib.

Redaktor.az “TASS”a istinadən xəbər verir ki, Putini hava limanında Şimali Koreya lideri Kim Çen In qarşılayıb.

Qeyd edək ki, bu görüş 2019-cu ildən bəri Kim Çen Inın Putinlə üçüncü görüşüdür. Görüş zamanı iki ölkə arasındakı iqtisadı və siyasi əlaqələr, həmçinin birgə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunacaq.