Rəsmi Moskvadan Ermənistanın Fransadan hücum silahları almasına REAKSİYA

 14:39 19.06.2024     227

“Qərb silahlarının tədarükünün vəziyyəti yaxşılaşdıracağı region tanımıram”.

Redaktor.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Fransadan "Caesar" haubitsaları almaq planlarını şərh edərkən bildirib.

Qeyd edək ki, Ermənistan Fransa ilə "Ceasar" özüyeriyən haubitsaların alınmasına dair müqavilə imzalayıb.
Sənəd Ermənistan müdafiə nazirinin səfəri zamanı imzalanıb.