Makronun nüfuzdan düşməsi onun partiyasından olan deputatlara mənfi təsir edir

 18:51 19.06.2024     266

Emmanuel Makronun nüfuzdan düşməsi onun partiyasından olan deputatlar üçün mənfi təsirə çevrilib.

Redaktor.az xəbər verir ki, növbədənkənar parlament seçkilərində onun partiyasından olan namizədlərin çoxu kampaniya materiallarında E.Makronun şəklini qoymamağı üstün tutub.

Emmanuel Makron fransızlar üçün ləkədirmi? Ən azından, onun düşərgəsindəki bəzi namizədlər buna əmindirlər və ondan təşviqat zamanı təmkinli olmağı xahiş edirlər. “Europe -1” radiosunun Parisin 17-ci rayonundakı Ponsele bazarında hazırladığı reportajda fransızlar dövlət başçısını sərt tənqid edirlər.

Parisin 4-cü rayonundakı Poncelet bazarında da tənqid tendensiyası öz təsdiqini tapır. Keçidlərdə, küçələrdə, meyvə-tərəvəz dükanlarında prezident tərəfdarlarını tapmaq çətindir.

Fransızlar alıcılıq qabiliyyətinin aşağı düşməsini E. Makronun əsas qara nöqtəsi hesab edir. Sadə xalqın nümayəndələri bildirirlər ki, əvvəllər E. Makrona inanırdılar, ancaq bu gün mövcud vəziyyət əsl problemin olduğunu göstərir. Onlar E. Makrona, onun partiyasına səs verməyəcəklərini qeyd edirlər. Ahıl insanlar isə onun çox danışdığını, sanki kino, teatr səhnəsində oynadığını vurğulayıblar.

E. Makronun nüfuzunun düşməsi partiya daxili narahatlıqda yaradıb. Namizədlər onun şəklini vərəqələrində qoymamağa üstünlük veriblər. 2022-ci ildən fərqli olaraq prezident partiyasından olan erməni mənşəli Astrid-Panosyan –Buvetin vərəqələrində dövlət başçısının şəkli yoxdur. Onun vərəqələrində Emmanuel Makronun şəkli Eduard Filipin şəkli ilə əvəz edilib.