Fransa Ukraynanı İstanbul razılaşmalarına qayıtmağa çağırıb

 09:23 20.06.2024     229

“Qərb Ukraynanı maliyyələşdirməyi dayandırmalı və Ukrayna özü Rusiya ilə danışıqlar masasına qayıtmalıdır”.

Redaktor.az xəbər verir ki, bu fikirləri fransız siyasətçi, “Vətənpərvərlər” partiyasının lideri Florian Filippot “X” sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, sülh danışıqlarının tərəfdarı olmaq üçün bir neçə səbəb var. Belə ki, o, iki ölkə arasında 2022-ci ilin martında başlayan danışıqlara, həmçinin İstanbul razılaşmalarına istinad edib.

Qeyd olunur ki, bundan öncə amerikalı politoloq Con Mirşeymer Rusiya prezidenti Vladimir Putinin təklif etdiyi Ukrayna üçün sülh planını yüksək qiymətləndirib.

Yusif SƏMƏDZADƏ