Polkovnik Ukraynaya görə ABŞ-ni günahlandırdı

 09:44 20.06.2024     309

“Ukraynanın acınacaqlı vəziyyəti Vaşinqtonun münaqişəni uzatmaq siyasətinin nəticəsidir”.

Redaktor.az xəbər verir ki, bu fikirləri ABŞ ordusunun tədqaüddə olan polkovniki Duqlas Makqreqor “X” sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, ukraynalılar cəhənnəmdə yaşayır və bu,onlar üçün Vaşinqtonnun siyasi elitası tərəfindən yaradılıb.

Həmçinin polkovnik əlavə edib ki, Kiyev hakimiyyətinin ABŞ-yə təzyiqi ilə savaşı diplomatik yolla həll etməkdən imtina etməsi ölkədə demoqrafik böhrana və orduda dağıntılara səbəb olub. Bunun nəticəsində hazırda cəbhə xətti Rusiyanın hücumu qarşısında “əriməkdədir”.

Bir müddət öncə isə D. Makqreqor Ağ Ev rəhbəri Co Baydenin rəsmi Kiyevə Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirməsinə icazə verməsindən narahatlığını ifadə edib. 

Yusif SƏMƏDZADƏ