Ərdoğanın Putinlə Ukraynanı müzakirəsi gözlənilir

 10:27 20.06.2024     558

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin ilə Ukraynadakı vəziyyət ilə bağlı danışıqlar aparacağı gözlənilir.

Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, danışıqların gündəliyinə Ukraynadakı vəziyyət, ikitərəfli məsələlər, xüsusən də Türkiyədə qaz qovşağının tikintisi məsələləri daxildir.

Həmçinin qeyd olunur ki, görüş zamanı Qara dəniz taxıl təşəbbüsü funksiyalarının genişləndirilməsi, “Akkuyu” AES-in tikinti prosesində son vəziyyət kimi məsələlərin də müzakirə olunması istisna edilmir.

Yusif SƏMƏDZADƏ