Almaniyanın vitse-kanslerinin babaları faşist çıxdı

 11:48 20.06.2024     260

Almaniyanın vitse-kansleri Robert Habekin babası və ulu babası nasist zabitləri olublar.

Redaktor.az xəbər verir ki, məlumata görə, Habekin ulu babası Valter Qrantsovun (1887-1952) terror rejiminin rəhbərliyinin ən yaxın çevrəsinə mənsub olub. Onun Cozef Gebbelslə dostluğu da vurğulanıb.

O, SS briqadasının komandiri olub və hərbi cinayətkar kimi məhkum edilib.

Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Annalena Barbokun babasının da nasist olduğu və zabit kimi xidmət etdiyi bildirilib.