İlon Mask insanların məhvinin səbəbini açıqladı

 12:13 20.06.2024     278

“Hesablamalara əsasən, süni intellektin bəşəriyyəti məhv etmə şansı 10- 20 faiz aralığındadır”. 

Redaktor.az bu barədə “Daily Mail”ə istinadla xəbər verir ki, bu fikirləri Amerikalı miyarder İlon Mask Kaan Lions Festivalında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, burada söhbət insanlığın fiziki yox, əqli şəkildə məhvindən gedir:

“Yer kürəsi süni intellektin inkişafı və insan əməyinə ehtiyacın azalması səbəbi ilə bu cür emosional böhran ilə üzləşə bilər”.

Həmçinin qeyd olunur ki, ABŞ-nin Kornell Universitetinin alimləri süni intellektin nüvə silahı ilə münaqişələri həll etmə potensialını müəyyən edib . Elm adamları bu yönümdə“GPT OpenAI”, “Claude” və “Llama 2”nin üç fərqli versiyasını araşdırarkən maraqlı hadisələr ilə üzləşib.  

Belə ki, simulyasiyalar nəticəsində məlum olub ki, adıçəkilən üç böyük dil modeli (LLM) gözlənilmədən konfiliktin böyüməsinə səbəb olub. Beləliklə də, məsələ ilə bağlı səslənəndirilən bəzi iddialar bir növ sübuta yetirildi.

Yusif SƏMƏDZADƏ