Bu ölkənin Prezidenti NATO-nun Baş katibi olmaq istəmədi

 16:15 20.06.2024     221

Rumıniya Prezidenti Klaus Yohannis NATO-nun Baş katibi postuna namizədliyini geri götürüb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Digi24” telekanalı məlumat yayıb.

“Prezident Klaus Yohannis şura üzvlərini Mark Ruttenin NATO-nun Baş katibi vəzifəsinə namizədliyi ilə bağlı qərar verməyə çağırıb və bildirib ki, o, ölkəsinin Niderlandın Baş nazirinin namizədliyini dəstəkləməsinin tərəfdarıdır”, - Rumıniyanın Milli Müdafiə Ali Şurasının iclasının yekunlarına dair bəyanatında qeyd edilib.