Moskva aeroportlarında 50-yə yaxın reys gecikib və ləğv edildi

 19:56 20.06.2024     245

Rusiyanın paytaxtı Moskvada əlverişsiz hava şəraiti ilə əlaqədar 50-yə yaxın reys gecikib və təxirə salınıb.

Bu barədə Redaktor.az Rusiya KİV-ə istinadən xəbər verir.

Qeyd olunur ki, bəzi təyyarələrin alternativ aerodromlara gediblər. Məsələn, Maqadandan Moskvaya uçan təyyarə Rusiya paytaxtının Şeremetyevo hava limanına enə bilməyib və Nijni Novqorodda eniş edib.

Daha əvvəl sinoptiklər Moskvada 10 ballıq tufan qeydə alındığını bildirmişdi. Belə ki, küləyin sürəti 25 m/s və ya 90 km/saata, hava axınının təzyiqi isə kvadrat metrə 45-50 kq-a çatırdı.

Vumart və Güvən reklamı Vumart Güvən