Putin Cənubi Koreyanı hədələdi - Moskva tədbirlər görəcək

 20:50 20.06.2024     175

"Cənubi Koreya Ukraynaya silah tədarük etmək qərarına gəlsə, o zaman Moskva Seulun xoşuna gəlməyəcək tədbirlər görəcək". 

Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Döyüş zonasına, Ukraynaya öldürücü silahların verilməsinə gəlincə, bu, çox böyük səhv olardı. Ümid edirəm ki, bu baş verməz. Bu baş verərsə, o zaman biz də Cənubi Koreyanın hazırkı rəhbərliyini razı sala bilməyən müvafiq qərarlar qəbul edəcəyik”, - Rusiya lideri bildirib.

Yusif EYVAZLI