Daha bir ölkə BRİKS-ə qoşulmaq niyyətindədir

 23:18 20.06.2024     190

Banqkok Kazanda keçiriləcək ittifaq sammitində BRİKS-ə qoşulmağa ümid edir.

Redaktor.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Tailand Xarici İşlər Nazirliyinin sözçüsü Nikondet Phalangkun bildirib.

O bildirib ki, Tailand artıq Rusiyaya BRİKS-ə tamhüquqlu üzv kimi qoşulmaq üçün rəsmi niyyət məktubu təqdim edib.

“İndi BRICS bu məsələni artan qaydada müxtəlif səviyyələrdə müzakirə edəcək: yüksək vəzifəli məmurlar səviyyəsindən tutmuş ölkə liderləri səviyyəsinə qədər. Ümid edirik ki, nəticə müsbət olacaq və bu ilin oktyabrında Rusiyanın Kazan şəhərində keçiriləcək BRİKS sammitində Tayland ittifaqa qoşulacaq”, - XİN sözçüsü deyib.

Onun sözlərinə görə, ölkə BRİKS-ə qoşulmaqla beynəlxalq rolunu artırmaq və beynəlxalq gündəmin formalaşmasında və bəşəriyyətin gələcək inkişafında mühüm rol oynayan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin assosiasiyasının bir hissəsi olmaq niyyətindədir.

Turan İSMAYIL