Almaniyalı deputat irqçi yazıya görə üzr istədi

 23:38 20.06.2024     193

Bundestaq sədrinin Yaşıllar Partiyasından olan müavini Katrin Gering-Ekkardt Almaniya milli futbol komandası haqqında irqçi fikirlərə görə üzr istəyib.

Redaktor.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində bildirib.

Alman deputat daha əvvəl yazıb ki, “Bu komanda həqiqətən gözəldir. Bir anlığa təsəvvür edin ki, onun üçün yalnız ağdərili alman oyunçular oynasalar".

Bu fikirlərdən sonra o tənqid dalğası ilə üzləşib. Siyasətçi isə yanlış ifadə seçdiyini qeyd edib.

“Almanların 21%-nin milli komandada daha çox ağdərili görməyə üstünlük verməsindən üzülürəm. Mən bu komanda ilə fəxr edirəm və ümid edirəm ki, biz qalan 21%-i razı sala bilərik”, - Gering-Ekkardt yazıb.

Qeyd edək ki, Almaniyada AVRO-2024 başlamazdan əvvəl keçirilən sorğunun nəticələrinə görə, almanların 21%-i komandada daha çox ağ dərili futbolçu görmək istəyir.

Turan İSMAYIL