ABŞ nüvə arsenalını yeniləməyə başladı

 09:47 21.06.2024     198

ABŞ beş Avropa ölkəsində yerləşən nüvə arsenalında yeniləməyə başlayıb. 

Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) media departamentinin rəhbəri Alistair Burnett məlumat verib.

Onun sözlərinə görə, adıçəkilən yeniləmə proqramı köhnə nüvə başlıqlarını yeni nəsil nüvə başlıqları ilə əvəz etmə prosesini əhatə edir:

“Hazırda ABŞ Avropadakı nüvə silahlarını yeni nəsil silahlar ilə əvəz etməkdədir. Bu barədə ictimaiyyətə danışmasalar da, silah arsenalının təkmilləşdirilməsi prosesisi davam etdirilir ”.

Yusif SƏMƏDZADƏ