Türkiyə ordusu şəhid verdi

 17:41 21.06.2024     187

Türkiyə ordusu İraqın şimalındakı “Pənçə-Kilit” əməliyyat bölgəsində daha bir şəhid verib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, terrorçularla atışmada çavuş Mehmet Ali Horoz şəhid olub.

Həmçinin qeyd olunub ki, əməliyyat zamanı üç terrorçu zərərsizləşdirilib.